Bütün sığorta növləri

"Bakı Sığorta" şirkəti Azərbaycanda 24 sığorta növü üzrə fəaliyyət göstərir. Təklif etdiyimiz bütün sığorta növləri aşağıdakılardır.


Nəqliyyat vasitələrinin (kasko) sığortası

KASKO Nədir?

KASKO - ispan sözüdür (CASCO), tərcümədə korpus, gəminin gövdəsi mənasını daşıyır. KASKO, avropalılar Asiyaya və Amerikaya ilk ticarət səyahətlərini təşkil edəndə yaranmışdır (XIV – XVI əsrlər). Uzunmüddətli səfərlərdə təhlükələrlə qarşılaşan gəmi sahibləri məcbur olub həm yüklərini həmdə öz gəmilərini sığortalayırdılar. Yüklərin sığortasını KARQO adlandırmağa başladılar, gəmilərin sığortasını isə KASKO. Müasir dövrümüzdə KASKO - istənilən nəqliyyat vasitələrinin sığortalanması mənasını daşıyan beynəlxalq hüquqi termindir.

Avtomobilin könüllü sığortası və ya Avto-Kasko nədir?

KASKO - könüllü sığorta növüdür. KASKO üzrə yalnız nəqliyyat vasitəsinin özü, yəni nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır. «Bakı Sığorta» ASC şirkəti avtomobil sahiblərinə avtomobillərinin müxtəlif təcavüzlərdən, oğurluqdan, yol qəzalarından, hətta avtomobil sahibinin təqsirli olub olmamasından asılı olmayaraq, əşyaların düşməsindən, atılmasından və s. risklərdən KASKO sığorta proqramını təklif edir.

KASKO-da Avtomobil nədən sığortalanır?

Nəqliyyat vasitəsi və nəqliyyat vasitəsinə aid olan hər cür aksessuarlar aşağıda göstərilən risklərdən sığortalana bilər:

  • İstər hərəkət halında, istərsə də hərəkətdiz vəziyyətdə (xarici təsirlər nəticəsində bir cismin toxunması, nəqliyyat vasitəsinin belə cisimləri vurması nəticəsində nəqliyyat vasitənin zədələnməsi, aşması, düşməsi kimi qəzalarla bağlı ziyan və zərərlər)
  • Üçüncü şəxslər tərəfindən qəsdən vurulan ziyan
  • Yol-nəqliyyat hadisəsi
  • Hər hansı predmetlə toqquşma
  • Üçüncü şəxslərin qərəzli hərəkətləri
  • Təbii fəlakətlər
  • Oğurluq
  • Yanğın, ildırım və partlayış
  • Heyvanların hərəkəti - heyvanların və quşların hərəkəti

Avtomobilin KASKO sığortasının sığorta haqqı necə hesablanır?

Avtomobilin KASKO sığortasının sığorta haqqı, yəni avtomobilini sığortalıyan şəxsin sığorta şirkətinə ödədiyi pul məbləği, avtomobilin real bazar dəyərinə görə, istehsal ilinə görə, azadolma məbləğinə görə hesablanır (adətən faizlə 1-12% qədər).

Azadolma məbləği (franşiza) nədir?

Azadolma məbləği (franşiza) - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və dəyən zərərin sığortalının, yəni avtomobilini, digər əmlakını və yaxud həyatını sığortalayan şəxsin üzərində qalan məbləğ hissəsidir. Başqa sözlə desək, bu Sizin tərəfdən öz üzərinizə götürdüyünüz maddi məhsuliyyətin bir hissəsidir. Əgər Siz istəyirsiz ki bütün 100%-lıq maddi məsuliyyəti sığorta şirkəti öz üzərinə götürsün bu halda azadolma məbləği sıfra («0») bərabər olacaq amma bu halda tarif faizə görə dəyişəcəkdir.

Hansı hallarda sığorta ödənişi verilir?

Sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış avtomobilə dəyən real məbləğindən çox ola bilməz. Sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi:

  • Avtomobilə qismən zərər dəydikdə
  • Avtomobil tam məhv olduqda
  • Oğurlandıqda
  • Qaçırıldıqda

KASKO Üzrə «Bakı Sığorta» ASC- dən Unikal Təklif Paketi

Azərbaycanda ilk dəfə olaraq «Bakı Sığorta» ASC KASKO sığortasında təmir servisi üzrə «Qızıl Standartlar» paketini tədbiq etməyə başladı).

  • Hadisə zamanı Evakuator 24/7 gün ərzində hadisə yerinə çatması
  • Zədələnmiş avtomobil yüksək səviyyəli və Beynəlxalq Standartlara tam müvaffiq olan «Avto Group» servis mərkəzinə təhvil verilir.
  • «Avto Group» servis mərkəzində maksimal olaraq 4 iş günü müddətində dəymiş ziyan və ya zərər tam qiymətləndirilir, avtomobilin bəpası və ya tam məhv (Total Lost) olunma haqqında rəy alınır.
  • Avtomobili bərpa etmək mümkündürsə, onda müştəriyə 14 gün müddətinə əvəz edici avtomobil təqdim olunur (Korporativ müştərilərə təmir bitənədək təqdim olunur), regionlarda təmir prosesi həyata keçirilərsə, 4-cü gündə müştəriyə günə 10 manatdan 14 gün ərzində «Taksi Pulu» ödənilir.

Əmlakın yanğın və digər əlavə risklərdən sığortası

Bu sığorta növü həm daşınan həm də daşınmaz əmlaka əhatə edən sığorta təminatı verir:

  • Binalar,dekorasiya və təsərrüfat tikintiləri,meydançalar və binalara ayid olan digər tikintilər
  • Sənətkarlıq və əntiq baxımından qiymətli əşyalar
  • Əmanət və girov mallar
  • Avadanlıqlar
  • Uçuq və dağıntıların aradan qaldırılması

“Bakı Sığorta” ASC Əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə aşağıdakı göstərilən zərərlərə sığorta təminatı verir:

  • Yanğın, ildırım, partlayış və bunlarla əmələ gələn tüstü buxar və hərarət nəticəsində sığortalanmış əmlaka dəyən zərər
  • Təbii fəlakətlər: tufan,fırtına,dolu,daşqın, sel,zəlzələ, yer sürüşməsi
  • Daxili su və s.

Bank risklərinin sığortası

Bakı Sığorta” ASC bank fəaliyyətini həyata keçirməyə lesenziyası olan hüquqi şəxslərə siğorta təminatı təqdim edir.

Biz bu sığorta növü əsasında bank fəaliyyətinin risklərinin hərtərəfli sığortasını təqdim edirik.

  • Sığortalının ona məxsus binalarda(ofislərdə, otaqlarda) oğurluq, soyğuntululuq, yandırma və digər səbəblərlə əlaqədar itki və zədələnmə
  • Qiymətli kağız və sənədlərdə o cümlədən ödəniş sənədlərində edilmiş saxtakarlığın nəticələri ilə dəydiyi zərərlər
  • İşçilərin dələduzluğu, qeyri-düzgün hərəkətlərin fəaliyyətsizliyi nəticəsində dəyən zərərlər
  • Kompüter Cinayətlərindən dəyən zərərlər

Kredit risklərinin sığortası

Sığorta təminatı Sığortalıların müxtəlif şəxslərlə bağladığı Kredit müqavilələrinə və dəyərinin möhlətlə ödənilməsi razılaşdırılan bütün növ malların, işlərin və xidmətlərin kreditə satışına aiddir.

Bu sığorta növündə sığorta predmeti sığortalı tərəfindən hüquqi və fiziki şəxslərə verilən kreditdir. Aşağıdakı hallar sığorta hadisəsi hesab edilir:

  • Borc alanın hər-hansı səbəbdən kreditin qaytarılması və (və ya) faizlərin ödənilməsi üzrə öhdəliklərini yerinə yetirməməsi (Borc alan Kredit müqaviləsi üzrə öz öhdəliklərini iki ay ardıcıl olaraq yerinə yetirmədikdə və Sığortalı tərəfindən sığortaçıya bu haqda məlumat verildiyi andan, Sığorta hadisəsi baş vermiş hesab olunur və Sığortaçının məsuliyyəti başlanır).
  • Kreditə mal, iş, xidmət almış şəxsin həmin malın, işin və ya xidmətin dəyərinin ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirməməsi

Qiymətli əşyaların daşınması sığortası

Bu sığorta növü əsasında “Baki Sığorta” ASC poçt daşımaları daxil olmaqla nəqliyyat firmaları vasitəsilə və ya mühafizə altında su, avtomobil, hava və dəmir yolu ilə daşınan qiymətli kağızlar (səhm, istiqraz, çek, şəhadətnamə, bono və s.), təminat məktubu, nağd pul, (manat və ya valyuta), külçə və digər formada olan əlvan metallar, qiymətli daşlar və zinət əşyaları sığorta müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman dəyə biləcək ziyan və zərərə görə sığorta təminatı verilir.

Fərdi qəza və xəstəlik sığortası

“Fərdi qəza və xəstəlık sığortası” xəstəlik və bədbəxt hadisələr nəticəsində sığortalının həyat və sağlamlığına dəyə biləcək zərərlərə təminat verir.Bədbəxt hadisə (yıxılma,yol-nəqliyyat hadisəsi,zədə,sıyrıntı və s.) və xəstəlik nəticəsində sığortalının tam daimi şikəst olması və ya ölüm halı ilə əlaqədar olan maddi manafeləri bu sığorta növün sığorta obyektidir.

Sığortaçı ilə Sığortalı arasında əlavə razılaşdırma yolu ilə tibbi xərclər də tətbiq olunur.

“BakıSığorta”ASC-in tərəfindən təqdim etdiyi bu sığorta növü dünyanın bütün ölkələrində hüquqi güvvədədir.

Səyahət sığortası

“Bakı Sığorta”ASC səfərə gedən vətəndaşlara “səyahət sığortası” təklif edir.

Bu sığorta növü sığortalanmış şəxsin Azərbaycan Respublikası sərhələrindən kənarda baş vermiş bədbəxt hadisələr və ya qəfil xəstəliklər nəticəsində yaranmış xərclərə təminat verir. Sığortaçı tərəfindən ödənilən xərclər:

  • Tibbi xərclər: əməliyyatların, diaqnostik müayinələrin həyata keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparatlara çəkilmiş xərclər də daxil olmaqla, stasionarda qalma və həkim xidmətləri, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də olmaqla ,ambulator müalicə xərcləri
  • Tibbi daşınma xərcləri- hadisə yerindən yaxın məsafədə yerləşən tibb müəssəsinə və ya bilavasitə yaxınlıqda yerləşən həkimin yanına evakuasiya olunma xərcləri
  • Daşınma xərcləri: sığorta olunanın stasionar müalicədə olması zərurətini yaradan sığorta hadisəsi nəticəsində Sığorta olunan vaxtında, yəni Sığorta olunanın əlində olan gediş-gəliş sənədində göstərilən tarixdə qayıda bilmirsə, onun daimi yaşadığı yerə getmə xərcləri
  • Ölümdən sonrakı repatriasiya xərcləri: əgər ölüm sığorta hadisəsi nəticəsində baş veribsə, sığorta olunanın (ölümdən sonra) daimi yaşadığı yerə, haqqında servis mərkəzi tərəfindən sanksiya verilmiş repatriasiya xərcləri
  • Yardımın təşkilinə dair servis mərkəzinin xərclərinin ödənilməsi

Sığorta olunan şəxsin başına gələn sığorta hadisəsi nəticəsində başsız qalmış uşaqların (16 yaşınadək) onlara daimi yaşadığı ölkəyə ekonom klass nəqliyyatla birtərəfli gedişi və lazım olan hallarda Sığortaçı uşaqlar üçün müşayiətçi təşkil edir və onun da xərclərini ödəyir.

Sığorta şirkəti xaricdə yardımı «GVA» (Global Voyager Assistance) servis şirkəti vasitəsilə həyata keçirir.

Yük sığortası

“Bakı Sığorta” ASC nəqliyyatın hər hansı növü ilə daşınan yükləri sığorta etməyi təklif edir.

Bu sığorta növü aşağıda göstərilən risklərə təminat verir:

  • Oğurluq
  • Daşınma zamanı fiziki zərər və zədələnmə
  • Həmçinin ümumi qəza və yükün xilas olunmasına çəkilən xərclər
  • Təbii fəlakət
  • Toqquşma
  • Nəqliyyat vasitəsinin itməsi
  • Yükləmə və boşaltma nəticəsində yükün zədələnməsindən yaranan zərərlər
  • Yanğın və Partlayış
  • Yerüstü daşımalarda çevrilmə və relsdən çıxma

Aşağıdakı səbəblərin nəticəsində dəyən zərərlər “Bakı Sığorta” ASC tərəfindən ödənilmır.

  • Sığortalının yükə qarşı bilərəkdən laqeyd davranışı
  • Hərbi əməliyyatlar
  • Nüvə partlayışı

İnşaat sığortası

Sığorta müqaviləsinə daxil olan əmlaklara, tikinti sahəsində olduqları və tikinti işləri aparıldığı zaman, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblərə görə dəyən ziyan və zərərlərə, sığorta şəhadətnaməsində göstərilən istisnalar nəzərə alınmaqla, təminat verir.

Bu sığorta növü aşağıda göstərilən və digər risklərə sığorta təminatı verir:

  • Tikintidə istifadə olunan maşın, alət və ləvazimatlar, müvəqqəti tikinti barakları və köməkçi tikililər
  • Üçüncü şəxslərə dəyən zərərlərə görə sığorta etdirənə keçəcək hüquqi məsuliyyətlər
  • Zərər nəticəsində meydana gəlmiş uçuq və dağıntıların bərpa edilməsi üçün çəkilən xərclər və s.

İşəgötürənin məsuliyyətinin sığortası

“Bakı Sığorta” ASC işəgötürənin məsuliyyət sığortasını təklif edir. Bu sığorta növü işçinin iş yerində baş vermiş qəza nəticəsində həyat və sağlamlığına dəyən zərərlərə təminat verir.

İş yerində əmək müqaviləsi əsasında əmək funksiyalarını yerinə yetirərkən baş vermiş qəza nəticəsində bədən xəsarəti almış və ya həlak olmuş işçilərə və yaxud onların varislərinə işəgötürənin ödəməli olduğu zərərə sığorta şəhadətnaməsində göstərilən məbləğdə və şərtlərə təminat verilir.

“Bakı Sığorta” ASC bu sığorta növü ilə əlaqədar ortaya çıxan mübahisələrdə sığortalıya qarşı iddiya qaldırıldıqda məhkəmə xərclərini və vəkil haqqlarını ödəməyi öhdəsinə götürür.

Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası

Bu sığorta növü sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlaklarına dəyən itki və ziyana dəyməsinə görə sığortalının üçüncü şəxslər qarşısında məsuliyyətinə, ona qarşı irəli sürülən iddia və tələblərə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təminat verir.

Hava nəqliyyat vasitələrinin tam sığortası

Bu sığorta növü hava nəqliyyatı vasitəsinin sığortası və hava nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin sığortası sinifilərinə aiddir.

“Hava nəqliyyat vasitələrin sığortası” aşağıdakı risklərdən sığorta təminatını özündə birləşdirir:

  • Hava gəmisinin qəzaya uğraması nəticəsində baş vermiş itkilər
  • Yanğın, partlayış, ildırım
  • Fırtına, qasırğa və ya digər təbii fəlakətlər
  • Hava gəmisinin mühərrikinin və ya təchizatlarının qəzası
  • Hava gəmisinin itkin düşməsi
  • Üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri

Su nəqliyyat vasitələrinin sığortası

Bu sığorta növü əsasında “Baki Sığorta” ASC dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklara sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərərlərə görə sığorta təminatı verilir.

Gəmi sahiblərinin məsuliyyətinin sığortası

“Bakı Sığorta”ASC sığortalıya məxsus olan gəmilərin istismarı nəticəsində üçüncü şəxslərin əmlakına və/və ya sağlamlığına dəyən zərərə görə mülki məsuliyyət sığortasını təqdim edir.

Dəmiryol nəqliyyat vasitələrinin könullü sığortası

“Baki Sığorta” ASC sığorta hadisəsi nəticəsində müvafiq dəmiryol nəqliyyatı vasitələrinə dəymiş itki və ziyanlara sığorta təminatı verir.

Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə hərəkətdə olub-olmamasından asılı olmayaraq, dəmiryol nəqliyyatı vasitələrinin və ya onun hissələrinin aşağıda göstərilən səbəblərdən zədələnməsi, itməsi və ya məhv olması sığorta hadisəsi kimi hesab olunur:

  • Yanğın və/və ya partlayış
  • Üçüncü şəxslərin qeyri qanuni hərəkətləri
  • Təbii fəlakətlər
  • Dəmiryol nəqliyyat vasitəsinin relsdən çıxması, aşması, hər-hansı başqa nəqliyyat vasitəsi və ya maneə ilə toqquşması, yaxud üzərinə hər-hansı predmetin düşməsi

Yanğın və digər əlavə risklərlə əlaqədar gəlir itkisi sığortası

“Bakı Sığorta” ASC hansısa bir kommersiya fəaliyyəti həyata keçirilən zaman istifadə edilən daşınan və daşınmaz əmlaklara yanğın və digər risklərlə əlagədar dəyən zərər və itkilər nəticəsində kommersiya fəaliyyətinin qismən və ya tamamilə dayandırılması və yaxud istehsalın zəifləməsinə görə meydana gələn gəlir itkilərinə təminat verir.

Şüşə sınması sığortası

ŞÜŞƏ SINMASINA QARŞI SIĞORTA göstərilən əmlaka, sığorta müddəti ərzində, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblərə görə dəyən ziyan və zərərlərə göstərilən istisnalar nəzərə alınmaqla təminat verilir.

Bu sığorta növü üzrə sığorta predmeti kimi müvafiq sığorta müqaviləsində göstərilən şüşə və aynalar çıxış edir.

Oğurluq sığortası

Sığorta Qaydaları ilə sığorta müqaviləsində (şəhadətnaməsində) yazılmış ünvanda saxlanılan mal və əşyalara aşağıda göstərilən hadisələrin baş verməsi nəticəsində oğurluq və ya oğurluğa təşəbbüsdən dəymiş maddi itki və ziyanlara təminat verilir:

  • Qırma, oyuq açma, sökmə, dağıtma və zorla daxil olmaq
  • Xüsusi alət, materialların və ya bədənin çevikliyinin sayəsində dırmanma və ya aşma yolu ilə daxil olmaq
  • Sübut olunması mümkün olan hallarda itmiş, oğurlanmış və ya qeyri-qanuni yolla əldə edilmiş əsl açarla və ya saxta açarla, habelə başqa alətlə açma yolu ilə daxil olmaq
  • Sübut olunması mümkün olan hallarda sığortalanmış yerlərə xəlvəti girib gizlənmək və ya qalmaq
  • Öldürmə, yaralama, güc və təzyiqdən istifadə etməklə və ya məcbur etməklə daxil olmaq

Sığorta təminatı sığorta şəhadətnaməsində yazılmaqla yuxarıda göstərilənlərdən biri və ya bir neçəsi üçün verilə bilər.

Dəzgah sınması sıgortası

“Bakı Sığorta” ASC sığortalanan əmlak mənafelərini aid olduğu dəzgah və qurğuların dəyən maddi ziyan və zərərlərə təminat verir.

Bu sığorta qaydaları ilə, sığorta şəhadətnaməsinin əlavəsi olan və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən dəzgah və qurğulara sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində, dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir:

  • İş qəzaları
  • Düzgun yağlanmamağı
  • Kənar maddə düşməsi və s.risklər

Elektron cihazların sığortası

Bu sığorta növü əsasında “Baki Sığorta” ASC sığortalanan əmlak mənafelərinin aid olduğu elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinin hərtərəfli sığortasını təqdim edir.

Bu sığorta Qaydaları ilə sığorta şəhadətnaməsinin əlavəsi olan və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən, ümumi bir vahid və ya ayrı-ayrı hissələrdən ibarət olan elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinə sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir

Sığortalının ona məxsus elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinə sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir.

Neft və qaz yataqlarında kəşfiyyat və hasilat işlərinin aparılması sığortası

Bu sığorta növü əmlakın yanğın və digər risklərdən sığortası sinifinə aiddir. Burada sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu quyulardır.

Təklif olunan bu sığorta növünün təminatı 2 bölmədən ibarətdir:

  • Quyu üzərində nəzarətin bərpa edilməsi sığortası
  • Təkrar qazma işlərinin / Əlavə xərclərin sığortası

Könüllü tibbi sığortası

“Bakı Sığorta” ASC “Tibbi Sığorta” xidməti ilə əlaqədar 3 əsas proqram təklif edir:

  • Medical Classic - Azərbaycan Respublika ərazisində 24 saat ərzində təcili yardım (limitsiz), stasionar yardım, cərrahiyyə daxil olmaqla (limitsiz*), ambulator yardım, təcili vaksinasiya, dərman preparatları (limitsiz*).
  • Medical Prestige - Azərbaycan Respublika ərazisində təcili yardım 24 saat ərzində (limitsiz*), stasionar yardım (cərrahiyyə daxil olmaqla ), təcili stomatoloji yardım, terapevtik stomatoloji yardım (limit -2 işıq plomblama/4 kompozit plomblama), ambulator yardım, təcili vaksinasiya, cari tibbi müayinə, dərman preparatları (limitsiz*)
  • Medical VIP - Azərbaycan Respublika ərazisində təcili yardım 24 saat ərzində (limitsiz*), stasionar yardım (cərrahiyyə daxil olmaqla ), ambulator yardım ,təcili stomatoloji yardım, terapevtik stomatoloji yardım(limit-3 işıq plomblama/6 kompozit plomblama), yardım, təcili vaksinasiya, cari tibbi müayinə, dərman preparatları (limitsiz*)

*seçdiyiniz illik limit çərçivəsində

Heyvanların sığortası

Sığortalının mülkiyyətində, istifadəsində və ya sərəncamında olan heyvanlar ilə bağlı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə zidd olmayan əmlak mənafeləri sığortanın obyekti hesab olunur.

Sığortalanmış heyvan(lar)ın) itkisi, tələf olması və ya məcburi kəsdirilməsi bu Qaydalara əsasən sığorta hadisəsi hesab olunur.

Montaj sığortası

Müddətsiz lisenziyanın nömrəsi № 000251 (04.09.2009)

Certificate ISO 9001:2000 (03.06.2008)

Certificate ISO 9001:2008 (21.05.2010)

SGS United Kingdom Ltd. Systems & Services Certification

Bütün hüquqları qorunur © Bakı Sığorta 2017