Tez-tez verilən suallar

Sığorta hadisəsi baş verdikdə nə etməliyəm?

Sığorta hadisəsi zamanı 24 saatdan gec olmayaraq şirkətimizin (+994 50) 255 29 11 və ya (012) 969 nömrələrinə zəng edərək "Hadisə departamenti"nə məlumat verməlisiniz.

Sığorta hadisəsi baş verdikdə avtomobili yerindən tərpədə bilərəmmi?

Bəli. Əgər sığorta hadisəsi zamanı avtomobiliniz yolda digər avtomobillərin hərəkətinə maneçilik törədirsə hadisə yerindən uzaqlaşmamaq şərti ilə avtomobilinizi yolun kənarına çəkə bilərsiniz.

Azadolma məbləği (franşiza) nədir?

Azadolma məbləği və ya franşiza sığorta hadisəsi zamanı sığorta şirkətinin öz üzərinə götürmədiyi məbləğdir. Azadolma məbləği sığorta müqaviləsi bağlanılan zaman müştəri tərəfindən təyin edilir, 0 AZN, 100 AZN, 200 AZN və ya müştərinin istəyinə uyğun istənilən həcmdə seçilə bilər.

Avtomobilə dəyən kiçik zərərlərə görə (cızıq, şüşə sınması) kasko sığorta təminat verirmi?

Bəli. Sığorta hadisəsi hesab edilən bütün hallar üçün zərərin ölçüsündən asılı olmayaraq avtomobilinizə dəyə biləcək bütün növ zərərlərə görə kasko sığortası tam təminat verir.

İşlərimlə əlaqədar ofisinizə yaxınlaşmağa vaxtım yoxdur. Belə olan halda sığorta müqaviləsi bağlamaq mümkündürmü?

Bəli, mümkündür. Bunun üçün şirkətimizlə əlaqə saxlayıb "mobil sığorta" xidmətimizdən istifadə edərək heç bir yerə getmədən, sizə uyğun olan vaxtda və məkanda sığorta müqaviləsi bağlaya bilərsiniz.

Sığortalanmış avtomobilimi satmaq qərarına gəlsəm sığortasını digər bir avtomobil üzərinə keçirmək mümkündürmü?

Bəli, mümkündür. Bunun üçün şirkətimizin istənilən filialına yaxınlaşıb mövcud sığortanızı digər bir avtomobil üzərinə keçirə bilərsiniz.

Avtomobilim bank vasitəsi ilə kasko sığortalanıb. Kredit borcumu vaxtından əvvəl bağlasam sığorta qüvvədə qalırmı?

Bəli. Adətən bank vasitəsi ilə kasko sığortalanan avtomobillərin sığorta müddəti kreditin bitmə müddəti ilə eyni tarixdə olur. Vaxtından əvvəl bank krediti bağladığınız halda avtomobilinizin sığorta qüvvədə qalır. Daha dəqiq məlumat üçün avtomobilinizin sığorta şəhadətnamənizdə göstərilən tarixlərə nəzər yetirə bilərsiniz.

Sürücünün ciddi qayda pozuntusu ucbatından baş verən yol-nəqliyyat hadisələri zamanı kasko sığortası təminat verirmi?

Bəli. "Bakı Sığorta" sığorta hadisəsi zamanı hadisədə günahkar tərəfin kim olmasından asılı olmayaraq ciddi qayda pozuntu hallarına görə təminat verir.

Sığorta haqqını onlayn ödəmək mümkündürmü?

Bəli. hesab.az saytı vasitəsi ilə "Bakı Sığorta"nın sığorta haqqı ödənişlərini həyata keçirə bilərsiniz.

Müddətsiz lisenziyanın nömrəsi № 000251 (04.09.2009)

Certificate ISO 9001:2000 (03.06.2008)

Certificate ISO 9001:2008 (21.05.2010)

SGS United Kingdom Ltd. Systems & Services Certification

Bütün hüquqları qorunur © Bakı Sığorta 2017