Sığorta lüğəti

DƏNIZ SIĞORTASI (ing.- MARINE INSURANCE) - Gəminin, yükün və fraxtın məruz qaldığı təhlükə və təsadüflərlə bağlı risqlərdən, dəniz gəmiçiliyi iştirakçılarının əmlak maraqlarının sığorta mühafizəsini təmin edən, bütün sığorta növləri

DISKONT (ing.-DISCOUNT) - Istehsalçı tərəfindən istehlakçı üçün edilən, elan olunmuş preyskurant qiymətinin azaldılması. Sığortada müəyyən vaxt ərzində sığorta hadisəsinin baş verməsinə imkan verməyən sığorta etdirənlər D.-dan istifadə edə bilərlər.

DISPAŞER - sığorta ödənişinin verilməsi haqda iddianın təmin olunması qaydasını razılaşdıran və araşdırma aparan şəxs.
dispaşanı həyata keçirən, dəniz hüququ sahəsində mütəxəssis, rəsmi ekspert.

ELEKTRON TEXNİKASININ ISTISMARI ILƏ BAĞLI RISKLƏRDƏN SIĞORTA (ing.- ELEKTRONIC EQUIPMENT INSURANCE) – əmlak sığortası növü; sığorta olunan obyektlərin spesifikasının, onların elektronika ilə zəngin olmasını nəzərə almaqla maşınların xarab olmadan sığortasının standart şərtlərinə əsaslanır. Yüksək sığorta məbləğini və risklərin kumulyasiyasını nəzərə almaqla sığorta hadisələri üzrə iddialar kifayət qədər böyük məbləğ təşkil edə bilər. Bu iddialar nə qədər böyük olsa da, əsas zərər elektron hesablama maşınların istisamarı və onların cinayət məqsədləri ilə istifadəsi ilə bağlı məsuliyyətlə bağlı olur.

ƏLAVƏ MÜKAFAT (ing.- ADDITIONAL PREMIUM) - Sığorta etdirən tərəfindən müqaviləyə əlavə risqlərin daxil edilməsi üçün ödədiyi əlavə sığorta haqqı. Sığorta müqaviləsinin şərtlərinə sonradan ödəniləcək haqq müqabilində nəzərə alınması göstərilməklə müəyyən risqlər daxil edilməyə bilər

ƏMLAK SIĞORTASI (ing.- PROPERTY INSURANCE: NON LIFE) - Sığortaçının əmlaka sahib olma, sərəncam vermə və istifadə ilə bağlı əmlak maraqlarının sığortası ilə bağlı sahəsi. Əmlakın tələf olması riski ilə bağlı hallardan sığorta.

ƏMLAKIN YANĞINDAN SIĞORTASI (ing.- FIRE INSURANCE) – sığorta obyekti binalar, tikililər, inventar, sərgi eksponatları və s. olan əmlak sığorta növü. Sığortanın uyğun olaraq sığortalanan əmlakın yanğın, ildırım vurması, məişət məqsədləri üçün istifadə olunan qazın partlayışı, hətta əgər ildırım vurması və qaz partlaması bilavasitə yanğına səbəb olmadıqda belə, korlamadan və ya məhv olma zərərlərini ödəyir. Əmlakın xilas edilməsi, yanğının söndürülməsi, və ya onun yayılmasının qarşısının alınmasından dəyən zərərlərin də ödənilməsinə təminat verilir.

FAKULTATIV TƏKRARSIĞORTA (ing.- FACULTATIVE REINSURANCE) – təkrarsığorta metodudur. Bu zaman sedent bu və ya digər riskin təkrarsığortaçıya verilməsi üzrə heç bir məsuliyyət daşımır. Riskin təkrarsığortaya verilmə şərtləri, vaxtı və qədərini sedent özü həll edir. F.T.S. ilə birgə sığortanın başlıca fərqi ondan ibərətdir ki, polis sahibi təkrarsığorta müqaviləsi haqda heç nə bilmir. Birgə sığorta zamanı onun iştirakçıları və onların payları vahid polisdə öz əksini tapır və onların hər biri sığorta mükafatının özlərinə düşən hissəsini əldə edirlər, lakin təkrarsığortaçı öz mükafatını sığortaçılardan alır.

FRANŞIZ (ing.- FRANCHISE) – sığortaçının zərərin bir hissəsini ödəmək məsuliyyətindən azad olması. F. sığorta olunmuş əmlakın dəyərinin müəyyən faizi qədər və ya müəyyən məbləğdə təyin oluna bilər. Nəzərdə tutulur ki, F. istər sığorta olunmuş əmlakın ümumi dəyərində, istərsə də ayrı-ayrı yük yerləri üzrə tətbiq oluna bilər. Şərti və şərtsiz F. zamanı zərərin franşiz məbləğini aşmağı zamanı zərərin franşiz məbləğini aşmadığı zaman sığortaçı məsuliyyətdən azad olur və zərər məbləği F.dan çox olduqda zərər tam ödənilir. Şərtsiz F. zamanı sığortaçının məsuliyyəti zərər çıxılsın franşiz məbləği qədər olur. F. şərtinin sığorta müqaviləsinə daxil edilməsi sığortaçını xırda zərərlərin ödənilməsi xərcələrindən azad etmək məqsədi güdür. Çox zaman belə xərclər zərər məbləğini üstəyirlər. Bundan əlavə bu sığorta etdirəni sığorta olunmuş əmlakla daha ehtiyatla davranmağa sövq edir.

FRONTINQ (ing.- FRONTING) – təkrarsığorta forması və ya əməliyyatlar, sığorta şirkəti polisi tərtib edir, lakin riski təmamilə başqa sığortaçıya verir. Sığortaçının özünün və ya onun polislərinin daxil ola bilmədiyi bazara daxil olmaq istədiyi zaman həyata keçirilir.

GƏLIR GÖTÜRƏN - Sığorta müqaviləsində qeyd olunmuş və xeyrinə sığorta müqaviləsi bağlanmış şəxs. Əmlak sığortasında sığorta şərtlərinə görə sığorta ödənişi alan şəxsdir. Şəxsi sığortada, əgər şəhadətnamədə ölümdən sonra sığorta ödənişi alan fiziki şəxsin kimliyi, sığorta etdirən müəyyənləşdirilməyibsə, onda varislər gəlir götürən qismində çıxış edə bilər.

GƏMILƏRIN SIĞORTASI (ing.- MARINE HULL INSURANCE) – əmlak sığortası növü; beynəlxalq təcrübədə bir neçə forması var. 1) tam sığorta; 2) şəxsi qəza məsuliyyətini çıxmaqla sığorta; 3) zədəyə görə məsuliyyəti istisna etməklə sığota; 4) yalnız tam tələfatdan sığorta;

HƏKIMLƏRIN PEŞƏKAR MƏSULIYYƏT SIĞORTASI (ing.- PHYSICIAN PROFESSIONAL INSURANCE) – 60-70- ci illərdə həkim xətalarının sığortası kimi inkişaf etmiş ölkələrdə geniş yayılmış, peşəkar məsuliyyət sığortası növü. Təbii ki, bura cinayət məsuliyyətinə cəlb olunan səhvlər deyil, həkimlər tərəfindən vicdanlı fəaliyyət və maksimum bilik və təcrübələrini istifadə etdikləri zaman buraxılan səhvlər nəzərdə tutulur.

HƏDDƏN ARTIQ SIĞORTA (ing.- OVER INSURANCE) – əmlak sığortası növü; sığorta obyektinin sığorta təminatı onun həqiqi dəyərindən artıq olur. Nəzərdə tutulur ki, bu halda sığorta müqaviləsi sığorta dəyərindən çox olan məbələğə də şamil edilir. Əgər sığorta obyektinin dəyəri sığorta etdirən tərəfindən bələrəkdən artırılırsa, sığortaçı müqaviləni ləğv edə bilər.

İTKİ (ing.- LOSS) – sığorta hadisəsi baş verən zaman pul formasında zərərdir.

KARQO (ing.- CARGO) - 1) xarici ticarət əməliyyatlarında gəminin yükü (onun dəqiq adı göstərilmədən); karqo-plan-yükü gəmidə yertəşdirmək planı; 2) adı dəqiq göstərilmədən gəmidə daşınan və sığortalanmalı olan yükün işarəsi. Bəzən nəqliyyatın istənilən növü ilə daşınan yükə nəzərən istifadə edilir.

KASKO (ing.- TRANSPORT INSURANCE) - Nəqliyyat vasitəsinin (çay, dəniz, hava gəmisinin və avtomobilinin) gövdəsi. K. sığortası daşınma vasitələrinin (gəmilərin, təyyarələrin, vaqonların, çənlərin, konteynerlərin, avtomobillərin, o cümlədən şəxsi) sığortasını bildirən termindir. Sərnişinlərin ölümü və ya onların səhhətinə vurulan zərərlər və ya onların səhhətinə vurulan zərərlər və ya daşınan yüklərin, yaxud əmlakların zədələnməsi nəticəsində yaranan zərərlərə görə sığortaçının məsuliyyəti istisna edilir.

KASKO SIĞORTASI (ing.- HULL INSURANCE) – nəqliyyat vasitələrinin sığortasını və ya gövdə sığortasını (gəmilər, təyyarələr, avtomobillər və s. ifadə etmək üçün istifadə olunan termindir. K.s. ancaq nəqliyyat vasitəsinin özünün gövdəsinin və daima onun göyərtisində yerləşən avdanlığın sığortasını nəzərdə tutur və fraxtın sığortası, toqquşma zamanı üçüncü şəxslər qarşısındakı məsuliyyətin sığortası və i.a. buraya daxil edilmir.

KEPTIV SIĞORTA ŞIRKƏTLƏRI (ing.- CAPTIVE INSURANCE COMPANY) - Özlərinin bütün və ya qismən risqlərinin sığortalanması məqsədi ilə iri sənaye və kommersiya konsernləri tərəfindən təsis edilmiş sığorta şirkətləri

KORLANMIŞ ƏMLAKIN REALLAŞDIRILMASI (ing.- SALVAGE) - sığortaçının «tam məhv olma» şərti altında sığorta etdirənə ödəniş verdiyi sığortalanmış əmlakın (adatən korlanmış) satışından sığortasçının əldə etdiyi məbləğ. Məsələn, əgər sığortaçı toqquşma zamanı kifayət qədər əzilmiş avtomobilin tam dəyərini sığorta etdirənə ödəyibsə, onda avtomobilə mülkiyyət hüququ sığortaçıya keçir, o da öz növbəsində dəyən zərəri qismən də olsa konpensasiya etmək məqsədilə korlanmış avtomobili sata bilər.

LAYIHƏ, MÜHƏNDISLIK VƏ DIGƏR IŞLƏRIN APARILMASI ZAMANI MƏSULIYYƏTIN SIĞORTASI (ing.- INDUSTRIAL LIABILITY INSURANCE OF PROJECTS. ENQINEERS AND OTHERS WORKS) – sığorta etdirən kimi, layihəçilər və şosse yolları, kanalizasiya, su kəməri və qızdırma sistemlərinin qurucuları, sərnişin liftləri və ekskalatorlarının istismarına məsuliyyət daşıyan firma və ya şəxslər və s. çıxış etdiyi məsuliyyət sığortası növü. Belə sığortanın məqsədi bədən xəsarəti (o cümlədən ölüm) və ya xəstəliyə məruz qala biləcək və ya maddi zərər çəkmiş şəxslərin maraqlarını qorumaqdır.

MAKSIMAL MÜMKÜN ZƏRƏR (ing.- MAXIMUM POSSIBLE LOSS) - Bir hadisə nəticəsində dəyə biləcək zərər.

MƏSULIYYƏT SIĞORTASI (ing.- LIABILITY INSURANCE) – sığorta sahəsi; sığortaçı sığorta etdirinə onun törətdiyi zərərə görə üçüncü şəxslərə ödəməli olduğu məbləği konpensasiya etməyi öz üzərinə götürür. Bu cür sığorta bir qayda olaraq, şərtləndirilmiş limit çərçəvəsində sığorta etdirənin hüquqi məsuliyəyyətinə təminat verir.

MÜLKI MƏSULIYYƏT (ing.- CIVIL RESPONSIBILITY) - Və ya üçüncü şəxslər qarşısında məsuliyyət sığorta müqaviləsinin bir növüdür, buruda müqavilənin iştirakçılarına hər hansı bir iddiası olan hüquqi və ya fiziki şəxs üçüncü şəxs adlanır. Dünyanın bir çox ölkələrində digər şəxsə dəyə biləcək zərər üzrə məsuliyyət qanunvericilikdə nəzərdə tutulur, qanuna müvafiq olaraq əvəzi ödənilməlidir və bununla əlaqədar məsuliyyət mülki məsuliyyət adlanır. Belə məsuliyyət sığorta marağı kəsb etdiyindən o sığortalana bilər və bir qayda olaraq icbari surətdə

ÖZ HÜQUQLARINI MÜDAFIƏ ÜZRƏ XƏRCLƏR (ing.- DELENSE COSTS) - sığortaçıya qarşı yönəldilən və onun təmin etməkdən boyun qaçırdığı iddialar üzrə sığorta etdirənin öz hüquqlarının müdafiəsinə çəkdiyi məhkəmə xərcləridir. Əgər sığortaçının məsuliyyəti sübut olunarsa sığorta etdirənin bütün bu xərcləri sığortaçı tərəfindən ödənilir.

PEŞƏ MƏSULIYYƏTININ SIĞORTASI (ing.- PROFESSIONAL INDEMNITY INSURANCE) – «fəaliyyət, səhvlər və xətalar» üzündən meydana gələn maliyyə itkiləri ilə əlaqədar məsuliyyət sığortası növü. Sığorta etdirənlər vəkillər, arxitektorlar, mühasiblər, həkimlər, notariuslar, layihəçilər və s. ola bilər. Məsələn, vəkil qəsdən və ya bilməyərəkdən yol verdiyi səhvlər üzündən apardığı məhkəmə prosesinə görə ona qarşı irəli sürülmüş risklərə görə məruz qaldığı maliyyə itkisinə görə sığortalanır. Sığorta hadisəsi hər hansı konkret hadisəyə aid olunmayıb, sığorta müqaviləsində göstərilən müddətdə qüvvədə olur. Sığorta həmçinin polisin qüvvədə olduğu dövrdə baş vermiş, lakin onun qüvvədən düşdüyü müddətdə aşkar olunmuş hadisələrə də şamil olunur.

QEYRI PROPORSIONAL TƏKRARSIĞORTA (ing.- NON - PROPORTIONAL REINSURANCE) - Sedentə müəyyənləşdirilən limitdən çox olan artıq zərərliliyi tarazlaşdırmaq üçün təkrar sığortaçının öhdəlik götürməsini ifadə edən təkrarsığorta növüdür

QƏZA KOMISSARI (ing.- AVERAGE AGENT) - Sığorta olunmuş obyektlər üzrə zərərin səbəbləri, şərtləri və ölçüsünün müəyyən olunması ilə məşğul olan, Sığortaçının səlahiyyətli nümayyəndəsi olan Ekspert. Qəza Komissarının ünvanı və telefon nömrələri sığorta şəhadətnaməsində qeyd olunur.

QƏZA SERTIFIKATI (ing.- SURVEY REPORT) - Sığorta olunmuş əmlakda zərərin xarakteri, həcmi və ölçüsünü müəyyən edən və Qəza komissarı tərəfindən tərtib olunan sənəd.

RISK (ing.- RISK) - ziyan çəkmək və ya gəliri əldən buraxmaq ehtimalı (kəmiyyətlə ölçülə bilən, müvafiq gəliri və ya ziyanı əldə edə bilməmək inamsızlığı). Sığorta işində «risk» termini bir neçə mənada işlədilir. Məsələn, bu anlayış adı altında təsadüf nəzərdə tutulur, yəni əgər ümumiyyətlə, baş verəcəksə mənfi nəticə verəcək hadisə, halbuki mütləq baş verməli deyil. R. dedikdə həmçinin sığortaçının məsuliyyəti başa düşülə bilər: sığorta obyekti riskdədir, yəni onun məsuliyyətindədir. Məsələn, gəminin sığortalanması zamanı sığortaçı yalnız gəminin tam məhvi riskini öz üzərinə götürür. Ticarət gəmiçiliyndə R.dedikdə daşınma iştirakçılarına maddi ziyan vura biləcək şəraitin baş vermə ehtimalı başa düşülür. Daşınma iştirakçıları odan çıxış edirlər ki, belə R. gəmi sığortası müqailəsi bağlanılmaqla sığortaçının üzərinə qoyula bilər.

RITORNO (ing.- RITORNO) - sığorta etdirənin sığortadan imtina etməsi (belə imtinaya hüquq verən hallar baş verdikdə) halında sığortaçının saxladığı sığorta mükafatının bir hissəsi.

RETROSESSIYA (ing.- RETROCESSION) - öncədən qəbul edilmiş risklərin təkrar verilmə prosesidir. R. Ilə riskin sonrakı bölünməsi və məsuliyyətin daha çox sayda sığortaçılar arasında paylaşdırmaq mümkün olur. Tez-tez təkrarsığorta müqavilələrinə belə bir bənd əlavə edilir: «retrosessiya hüquqi olmadan»

RETROSEDENT (ing.- RETROCEDENT) - təkrarsığortaya qəbul edilən riskləri retrosessiya verən sığorta və ya təkrarsığorta şirkəti.

SEDENT (ing.- CEDENT) – sığorta riskini qəbul edən və onun bir hissəsini təkrarsığortaya verən sığortaçı.

SESSIONAR VƏ YA SESSIONARI (ing.- CESSIONARY) – hüquq, mülkiyyət və s. ötürülən şəxs. Təkrarsığortada riskin bir hissəsini götürən təkrarsığortaçı.

SESSIYA (ing.- CESSION) – sedent-şirkət tərəfindən təkrarsığortaçıya verilən məbləğ.

SIĞORTA (ing.- INSURANCE) – ixtisaslaşdırılmış təşkilatlar – sığorta şirkətləri – tərəfindən sığorta etdirənlərin sığorta haqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir.

SIĞORTALI (ing.- ASSURED) - Yerli və xarici mətbuatda, həyatını sığorta edən şəxs və ya xeyrinə sığorta müqaviləsi bağlanan şəxs.Termin başlıca olaraq şəxsi sığortada istifadə olunur.

SIĞORTAÇI (ing.- INSURER. UNDERWRITER) – sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyası olan hüquqi şəxs. Sığorta müqaviləsi əsasında müəyyən haqq müqabilində (sığorta mükafatı) sığorta etdirənə və ya xeyrinə müqavilə imzalanmış digər şəxsə sığorta hadisəsi nəticəsində meydana çıxmış müqavilədə razılaşdırılmış zərərləri ödəməyi öhdəsinə götürür.

SIĞORTA AGENTI (ing.- INSURANCE AGENT) - Sığortaçı ilə müqavilə tapşırığı olan və onun adından sığorta fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs.

SIĞORTA BAZARI (ing.- INSURANCE MARKET) – sığorta təminatına olan tələbatın ödənilməsi prosesində, sığorta təminatının alqı-satqısı ilə bağlı myedana gələn iqtisadi münasibətlərin məcmusu. Sığortaçıların çoxsaylılığı şəraitində formalaşır. Təsnifləşdirilir: sahələr üzrə (şəxsi, əmlak, məsuliyyət), növlər üzrə (həyat, sağlamlıq, yüklər, nəqliyyat, əmlak, məsuliyyət), miqyasına görə (milli, beynəlxalq)

SIĞORTA BROKERI (ing.- INSURANCE BROKER) - Sığorta üzrə vasitəçi; öz müştərilərinə (sığortaçılara) məsləhətlər verir və onların adından sığorta müqavilələri bağlayır. S.b. sığorta qanunvericiliyi və praktikası sahəsində mütəxəssis olmalıdır. Peşəkar kimi o sığorta haqqında mümkün olan hər şeyi bilməlidir və onun bilikləri prinsipal üçün ən əlverişli sığorta şərtlərini və sığorta mükafatını təmin etməlidir. S.b. sığortaçının deyil, sığorta etdirənin agentidir.S.b. sığortaçı qarşısında heç bir məsuliyyət daşımır, ancaq bu mənəvi məsuliyyəti istisna etmir (good faith). S.b. sığortasının tədiyyəqabiliyyətinə təminat verməli deyil və ziyanın ödənilməsinə və sığorta haqqlarının geri qaytarılmasına cavabdeh deyildir.

SIĞORTA DƏYƏRI (ing.- INSURANCE VALUE. VALUE OF RISK) – sığorta etdirənin sığorta obyektinə qoyduğu qiymət. Sığortaçı və sığorta etdirən arasında razılaşma ilə müəyyən olunur. S.D.-nin düzgün (şişirdilməmiş) qiymətləndirilməsinə görə sığorta etdirən məsuliyyət daşıyır. Əmlakın S.D. sığorta müqaviləsinin bağlandığı an onun həqiqi dəyərindən çox ola bilməz. Sığorta dəyərinin hesablanması qaydası müxtəlif ölkələrdə mövcud qanunvericilik və formalaşmış təcrübəyə əsaslanır.

SIĞORTA ETDIRƏN (ing.- INSURED) – sığorta müqaviləsinin tərəfi olan, sığorta haqqını ödəyən və qanuna və ya sığorta müqaviləsinə əsasən sığorta hadisəsi baş verdiyi halda sığorta olunmuş məsuliyyət və ya müqavilədə göstərilmiş sığorta məbləği dəyərində ödəniş almaq hüququ olan fiziki və ya hüquqi şəxs. Sığortaçı sığorta müqaviləsini istər öz xeyrinə, istərsə də başqa şəxsin xeyrinə bağlaya bilər.

SIĞORTA ETDIRƏNIN ƏRIZƏSI (ing.- INSURED APPLICATION) - Sığorta müqaviləsi bağlamaq istəyi haqqında yalnız sənəd və ya sığorta hadisəsinin baş verməsi haqqında məlumat. Sığorta müqaviləsi bağlanmamışdan əvvəl sığorta etdirən ərizədə onun bildiyi və ya bilməli olduğu və sığortaçının riskin sığortaya qəbul edilib edilməməsi, sığorta haqqının uyğun dərəcəsinin müəyyənləşdirilməsi və s. barədə qərar qəbul etməsinə təsir göstərə biləcək maddi xarakterli amillər və ya şərait haqqında məlumat verməyə borcludur. Əgər sığorta etdirən bunu etməzsə sığortaçının onunla müqavilə bağlamaqdan imtina etməyə tam hüququ çatır.

SIĞORTA ETDIRƏNIN GÜNAHI (ing.- INSURED`S FAULT) - Mülki qanunun pozulmasına görə sığortaçının məsuliyyət şərti; Sığortada adətən kobud və ya qabaqcadan düşünülmüş və ehtiyyatsızlıq üzündən S.e.g. fərqləndirir. Sığorta etdirənin kobud günahı sığortaçı üçün sığorta ödənişinin verilməsindən imtina etmək və yaxud zərərin xüsusiyyəti və ölçüsündən asılı olaraq kompromis əsasında ödəniş vermək üçün kifayət qədər əsas verir. Kobud günah, məsələn, sığortaçının sığorta obyektinin qorunması öhdəliklərini yerinə yetirilməsində özünü büruzə verə bilər. Sığortaçı tərəfindən ehtiyatsızlıq və yaxud diqqətsizlik, əgər onların ciddi nəticəsi yoxdursa, sığorta ödənişinin verilmə məsələsinin həlli zamanı sığortaçı tərəfindən üzürlü səbəb kimi qəbul edilə bilər

SIĞORTA HADISƏSI (ing.- INSURED LOSS) – sığortaçının sığorta etdirənə, sığorta olunan şəxsə, gəlir götürənə və ya digər üçüncü şəxslərə sığorta müqaviləsinə və ya qanuna əsasən sığorta ödənişi vermək öhdəliyi yaradan hadisə. Əmlak sığortasında S.H. zamanı ödəmə sığorta ödənişi formasında, həyat sığortasında isə sığorta təminatı formasında olur.

SIĞORTA LIMITI (ing.- LIMIT OF COVERAGE) - Sığorta şəhadətnaməsində (polisində) qeyd olunan sığorta məbləği çərçivəsində Sığortaçının Sığorta etdirən (üçüncü şəxs) qarşısında daşıdığı məsuliyyət; Əmlakın sığortası üzrə və ya fərdi sığorta müqaviləsi bağlanan zaman maksimal sığorta məbləği

SIĞORTA MƏBLƏĞI (ing.- SUM INSURANCE) – sığorta etdirənin bəyan etdiyi sığorta müqaviləsi bağlanan zaman öz maraqlarını sığortaladığı məbləğ. Əmlak sığortasında sığorta məbləği sığorta obyektinin sığorta dəyərini aşa bilməz. Əks halda sığorta müqaviləsi artırılmış məbləğə şamil olunmur. Baş polis üzrə sığorta məbləği razılaşdırılmış məsuliyyətin (limit) ölçüsündən ibarətdir. Məsələn, gəmi sığortasında hər bir bəyannamə üzrə sığorta məbləği bəyan olunmuş məbləğdən ibarətdir.

SIĞORTA MƏBLƏĞININ ZƏRƏRLIYI (ing.- LOSS RATIO) – sığorta fəaliyyətinin göstəricisidir. Bu sığorta haqqı ilə sığorta məbləği arasındakı nisbəti göstərir. Faizlə və ya pulla ifadə olunan sığorta məbləğinin 100 vahidi.

SIĞORTA MÜQAVILƏSI (ing.- INSURANCE TREATY (AGREEMENT)) - Bir tərəfin (sığortaçının) müəyyən olunmuş mükafat müqabilində (sığorta haqqı) digər tərəfə (sığorta etdirənə) S.M.-də nəzərdə tutulmuş arzuolunmaz hadisələr üzündən sığorta olunanın əmlakı, həyatı və ya sağlamlığına dəymiş zərərləri ödəmək öhdəliyi götürür.

SIĞORTA NÖVÜ (ing.- CLASS OF INSURANCE) - Eynicinsli obyektlərin müəyyən risqlərdən sığortası (məsələn, insanın-bədbəxt hadisədən və yaxud sağlamlığın itirilməsindən; mülkün-yanğın və oğurluqdan; məsuliyyət-mülki və yaxud professional və i.a.).

SIĞORTA OBYEKTİ - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi.

SIĞORTA ÖDƏNİŞİ - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.

SIĞORTA PREDMETİ - sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal.

SIĞORTA RISKI (ing.- RISK INSURED) – baş verməsi güman olunan təhlükəli hadisə. S.R. kimi nəzərdən keçirilən hadisənin baş verməsi ehtimalı təsadüfi xarakter daşımalıdır. Sığorta ilə əhatə olunmuş risklər dairəsi sığorta şərtlərində dəqiq aydınlaşdırılmalıdır.

SIĞORTA SERTIFIKATI (ing.- CERTIFICATE OF INSURANCE) – sığorta müqaviləsinin başlandığı və polisin yazıldığını təsdiq etmək üçün sığorta etdirənə verilən sənəd.

SIĞORTA ŞƏHADƏTNAMƏSI TƏMINATI ILƏ SSUDA (ing.- POLISI LOAN) – həyat sığortası şəhadətnaməsi sahibinə şəhadətnamənin alış məbləğinin təminatı altında ssuda verilməsi.

SIĞORTA TARIFI (ing.- INSURANCE RATE) – sığorta mükafatının stavkası.

SIĞORTA VALYUTASI (ing.- CURRENCY OF INSURANCE) - Sığortanın müqaviləsinin bağlandığı valyuta. Sığorta haqqı və sığorta ödənişi məhz bu S.V. ilə ödənilməlidir.

SUBROQASIYA (ing.- SUBROGATION) – sığortaçının sığorta ödənişini ödədikdən sonra sığorta etdirənin zərərləri kompensasiya etmək hüquqlarının sığortaçıya keçməsi (məsələn, təqsirkar şəxslərdən zərər yük və ya onun bir hissəsinə sərəncam vermə hüququ).

SÜRVEYER (ing.- SURVEYOR) – sığortaçı və ya sığorta etdirənin xahişi ilə sığorta olunmuş və yaxud sığorta olunacaq gəmi və yüklərə baxış keçirən ekspert.S. baxılan əmlakın vəziyyəti haqda raport hazırlayır, onun zədələnməsinin xarakteri və ölçüsünü müəyyənləşdirir.

TANTYEMA (ing.- PROFIT COMISSION) – mənfəətdən komisiya, təkrar sığorta etdirənin təkrarsığortaçının mənfəətində iştirak etməsi. Həvəsləndirmə forması. T. Hər il təkrarsığorta etdirənin verdiyi müqavilələrdən alınan xalis mənfəətin müəyyən hissəsi qədər ödənilir. T.haqda qeyd-şərt əksər təkrarsığorta müqavilələrində öz əksini tapır.

TEXNIKI RISKLƏRDƏN SIĞORTA (ing.- TECHICAL RISKS INSURANCE) – tikinti – quraşdırma sığortası, elektron avadanlığın sığortası zamanı, texniki-quraşdırma işləri zamanı üçüncü şəxslər qarşısında məsuliyyətin sığortasını özündə birləşdirən əmlak sığortası növü. Bir başqa sığorta növləri də aid oluna bilər.

TƏKRARSIĞORTA (ing.- REINSURANCE) - Mümkün qədər balanslaşdırılmış sığorta portfeli yaratmaq, sığorta əməliyyatlarının maliyyə sabitliyini və rentabelliyini təmin etmək məqsədi ilə sığortaçının sığorta risqlərini qəbul edərkən, onlar üzrə məsuliyyətin bir hissəsini (öz maliyyə imkanlarını nəzərə almaqla) razılaşdırılmış şərtlərlə digər sığortaçılara (təkrarsığortaçılara) ötürməsini nəzərdə tutan iqtisadi münasibətlər sistemi.

TIKINTI QURAŞDIRMA RISKLƏRININ SIĞORTASI (ing.- CONTRUCTION AND INSTALLATION RISKS INSURANCE) – sığorta obyekti sığorta müqaviləsində göstərilmiş binalar, tikililər, maşınlar, onların ehtiyat hissələri, tikinti meydanında olan və tikinti və quraşdırma üçün nəzərdə tutulmuş materiallar və s. olan əmlak sığortası müqaviləsi. Adatən sığorta olunmuş əmlakın tələf olması və ya zədələnməsi üzündən dəyən birbaşa zərərlər ödənilir.

TIKINTI QURAŞDIRMA IŞLƏRI ZAMANI ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MƏSULIYYƏTIN SIĞORTASI (ing.- CONSTRUCTION LIABILITY INSURANCE) – tikintiquraşdırma və işə salma-sazlama işləri zamanı və həmçinin təminatlı istismar müddətində istehsalatda bədbəxt hadisələr zamanı üçüncü şəxslərə dəyən zərərə görə məsuliyyəti sığortaçının öz üzərinə götürə biləcəyi məsuliyyət sığortası növü. Sığorta müqaviləsi tikinti-quraşdırma riskləri və ya müstəqil surətdə bağlana bilər. Üçüncü şəxslərin əmlakına dəymiş zərər o zaman ödənilir ki, o zərərə görə məsuliyyət xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsin üzərindədir.

ÜÇÜNCÜ ŞƏXSLƏR (ing.- THIRD PARTIES) – sığortada Ü.S. sığorta müqaviləsində iştirak etmir, lakin müəyyən şərtlər daxilində sığorta müqaviləsindən irəli gələn müvafiq hüquqlar əldə edirlər.

XƏZINƏ ZƏRƏRI (ing.- CASH LOSS) - Təkrar sığorta müqaviləsinin şərtidir, hansı ki, müqavilədə şərtləşdirilmiş məbləği aşan zərərlər təkrar sığortaçının zərərdəki payına müvafiq olaraq, onun tərəfindən dərhal ödənilməlidir (bir qayda olaraq, bir – iki həftə ərzində). Sığorta haqları və zərərlər üzrə hesablaşmalar broker vasitəsi ilə aparıldıqda və o, sığorta hadisəsi baş verdikdə zərərin növbəti hesaba daxil edilməsini gözləmədən sığorta etdirənin tələbi üzrə onun sığortaçıdan vaxtından əvvəl tutduqda nəhəng zərərlərin xəzinə qaydasında ödənilməsinə birbaşa sığortada da rast gəlinə bilər.

YAŞIL KART (ing.- GREEN CARD INSURANCE) - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında beynəlxalq müqavilələr sistemidir. Yaşıl kart, polisi verən dövlətdən başqa, Şenqen sazişinə daxil olan bütün dövlətlərində qüvvədədir.

YÜKLƏRIN SIĞORTASI (ing.- CARGO INSURANCE) – əmlak sığortasının əsasən xarici ticarətlə əlaqədar olan bir növüdür; Beynəlxalq təcrübədə bu sığorta növü üzrə standart şərtlər işlənib hazırlanmışdır, buraya ayrı-ayrı ölkələr müəyyən əlavə və dyəişikliklər edə bilər. Y.s.-ın əsas şərti «bütün risklər üzrə məsuliyyətin» sığortasıdır. Bu şərtə görə ümumi qəza üzrə ziyan, məsrəf və haqlar, həmçinin sığortalanmış yükün hamısının və ya bir hissəsinin xarab olması və tam məhv olmasından dəyən ziyan üzrə ödəniş aparılır. Ziyan istənilən səbəbdən, hərbi risklər, birbaşa və ya dolayı radiasiya təsirindən, sığorta etdirənin niyyəti və kobud ehtiyatsızlığı; yükün xüsusi keyfiyyətləri və xüsusiyyətləri və yükün və onun daşınmasının spesifik xassələri ilə əlaqədar digər risklər istisna olmaqla, baş verə bilər. Y.s. və «bütün risklərdən» sığortanın oxşarlığına baxmayaraq nəzərə almaq lazımdır ki, Y.s. üzrə istisnalar siyahısı daha genişdir və əlavə maddələrə malkidir:
Bazarın itirilməsinə gətirib çıxaran gecikmə və bundan irəli gələn istənilən növ ziyanlar, təbii səbəblərdən malların xarab olması və dəyişdirilməsi;
Sığorta etdirənin işçilərinin iştirakçısı olduğu oğurluq hadisəsi;
Təqdimatlarda istifadə etmək üçün səyyar satıcılara məxsus olan mallar, əmtəə nümunələri;
Tərəflərin razılığı ilə məsuliyyət həcmindən çıxarılmış risklərin əksər hissəsi əlavə sığorta haqqına sığortalana bilər.

ZƏRƏRLƏRIN ARADAN QALDIRILMASI (ing.- SETTLEMENT OF LOSSES) - Sığorta hadisəsi faktının müəyyən olunması, zərərin həcminin müəyyən olunması və onların ödənilməsi üzrə sığortaçının həyata keçirdiyi tədbirlər kompleksi

ZƏMANƏT ÖHDƏLIKLƏRININ SIĞORTASI (ing.- MAINTENANCE INSURANCE) – binalara, qurğulara, avadanlığa verilmiş zəmanət öhdəliklərinin sığorta təminatını nəzərdə tutan əmlak sığortası növü, sığortaçı xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə, alıcılar (sifarişçilər) qarşısında sığorta obyektlərinin tələf olması və ya zədələnməsi ilə bağlı zəmanət öhdəliklərini təmin etməyi boyun olur. Ancaq o şərtlə ki, sığorta hadisəsi, tikintiquraşdırma və sazlama prosesində yol verilmiş, lakin, təminatlı istismar müddətində ortaya çıxmış qüsurların, o cümlədən sığorta etdirənin zəmanət öhdəliklərinin aşağı səviyyədə icra edilməsi ilə bağlı olsun. Əgər sığorta müqaviləsində başqa hallar nəzərdə tutlmayıbsə, maşınların nasazlıqdan sığortası qaydaların pozulmasının nəticəsi olan zərərlər ödənilmir.

ZƏRƏR (ing.- LOSS) – zərər termini sığorta praktikasında bir neçə mənada işlənir. 1) sığorta hadisəsi nəticəsində sığorta olunanın əmlakına dəyən zərərin sığortaçı tərəfindən ödənilməsi. 2) sığorta hadisəsinin faktiki baş verməsi. Zərər baş verdi, yəni sığorta hadisəsi baş verdi. 3) müvafiq sığorta hadisəsi üzrə sığorta cəmiyyəti tərəfindən qaldırılmış iş; bu hadisə üzrə sənədlərlə iş.

ZƏRƏR EKSSEDENTI (ing.- EXESS OF LOSS) – qeyri-mütənasib təkrar müqaviləsinin bir növüdür; sığortaçını ən böyük və proqnozlaşdırılmayan zərərlərdən qoruyur; sığorta hadisəsi və ya sığorta hadisələri seriyasının baş verməsi zamanı zərərin (ziyanın) məbləğinin razılaşdırılmış məbləği aşdığı zaman (prioriet) qüvvəyə minir.

ZƏRƏRLƏRIN EKSSEDENTI (ing.- STOP LOSS) – qeyri-mütənasib təkrar müqaviləsi; biznesin həyata keçirilməsi zamanı zərərliyin müəyyən həddi keçməsi zamanı sığortaçı biznesin ümumi nəticələrini sığortalayır.

Müddətsiz lisenziyanın nömrəsi № 000251 (04.09.2009)

Certificate ISO 9001:2000 (03.06.2008)

Certificate ISO 9001:2008 (21.05.2010)

SGS United Kingdom Ltd. Systems & Services Certification

Bütün hüquqları qorunur © Bakı Sığorta 2017