Kredit risklərinin sığortası
Sığorta təminatı Sığortalıların müxtəlif şəxslərlə bağladığı Kredit müqavilələrinə və dəyərinin möhlətlə ödənilməsi razılaşdırılan bütün növ malların, işlərin və xidmətlərin kreditə satışına aiddir.
Bu sığorta növündə sığorta predmeti sığortalı tərəfindən hüquqi və fiziki şəxslərə verilən kreditdir.
Aşağıdakı hallar sığorta hadisəsi hesab edilir:
- Borc alanın hər-hansı səbəbdən kreditin qaytarılması və (və ya) faizlərin ödənilməsi üzrə öhdəliklərini yerinə yetirməməsi (Borc alan Kredit müqaviləsi üzrə öz öhdəliklərini iki ay ardıcıl olaraq yerinə yetirmədikdə və Sığortalı tərəfindən sığortaçıya bu haqda məlumat verildiyi andan, Sığorta hadisəsi baş vermiş hesab olunur və Sığortaçının məsuliyyəti başlanır).
- Kreditə mal, iş, xidmət almış şəxsin həmin malın, işin və ya xidmətin dəyərinin ödənilməsi üzrə öz öhdəliklərini yerinə yetirməməsi;
Daha ətraflı məlumat almaq üçün şirkətimizin əməkdaşlarına müraciət etməyiniz xahiş olunur.
