Səyahət sığortası
“Bakı Sığorta”ASC səfərə gedən vətəndaşlara “səyahət sığortası” təklif edir.
Bu sığorta növü sığortalanmış şəxsin Azərbaycan Respublikası sərhələrindən kənarda baş vermiş bədbəxt hadisələr və ya qəfil xəstəliklər nəticəsində yaranmış xərclərə təminat verir.
Sığortaçı tərəfindən ödənilən xərclər:
-Tibbi xərclər: əməliyyatların, diaqnostik müayinələrin həyata keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparatlara çəkilmiş xərclər də daxil olmaqla, stasionarda qalma və həkim xidmətləri, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də olmaqla ,ambulator müalicə xərcləri.
-Tibbi daşınma xərcləri- hadisə yerindən yaxın məsafədə yerləşən tibb müəssəsinə və ya bilavasitə yaxınlıqda yerləşən həkimin yanına evakuasiya olunma xərcləri;
-Daşınma xərcləri: sığorta olunanın stasionar müalicədə olması zərurətini yaradan sığorta hadisəsi nəticəsində Sığorta olunan vaxtında, yəni Sığorta olunanın əlində olan gediş-gəliş sənədində göstərilən tarixdə qayıda bilmirsə, onun daimi yaşadığı yerə getmə xərcləri;
-Ölümdən sonrakı repatriasiya xərcləri: əgər ölüm sığorta hadisəsi nəticəsində baş veribsə , Sığorta olunanın (ölümdən sonra) daimi yaşadığı yerə, haqqında servis mərkəzi tərəfindən sanksiya verilmiş repatriasiya xərcləri.
-Yardımın təşkilinə dair servis mərkəzinin xərclərinin ödənilməsi
Sığorta olunan şəxsin başına gələn sığorta hadisəsi nəticəsində başsız qalmış uşaqların (16 yaşınadək) onlara daimi yaşadığı ölkəyə ekonom klass nəqliyyatla birtərəfli gedişi və lazım olan hallarda Sığortaçı uşaqlar üçün müşayiətçi təşkil edir və onun da xərclərini ödəyir.
Sığorta şirkəti xaricdə yardımı «GVA» (Global Voyager Assistance) servis şirkəti vasitəsilə həyata keçirir.
Daha ətraflı məlumat almaq üçün şirkətimizin əməkdaşlarına müraciət etməyiniz xahiş olunur.
Polisı əldə etmək:
