Elektron cihazların sığortası
Bu sığorta növü əsasında “Baki Sığorta” ASC sığortalanan əmlak mənafelərinin aid olduğu elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinin hərtərəfli sığortasını təqdim edir.
Bu sığorta Qaydaları ilə sığorta şəhadətnaməsinin əlavəsi olan və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən, ümumi bir vahid və ya ayrı-ayrı hissələrdən ibarət olan elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinə sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir:
Sığortalının ona məxsus elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinə sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir.
Daha ətraflı məlumat almaq üçün şirkətimizin əməkdaşlarına müraciət etməyiniz xahiş olunur.
