Yanğından icbari sığorta
Yanğından İcbari Sığorta yalnız sahibkarlıq fəaliyyəti göstərən, mülkiyyətində və ya istifadəsində olan obyektləri hüquqi və fiziki şəxslər sığortalana bilər.
Yanğından icbari siğortanın məqsədi yanğın nəticəsində sığorta olunanların və əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafelərin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir.
Sığorta hadisəsi kimi qeyd olunan hadisələr.
- Yanğın
- İldırım düşməsi
- partlayış və ya bunlarla əlaqədar əmələ gələn tüstü, buxar
- istilik nəticəsində sığorta olunanın əmlakına, habelə üçüncü şəxslərin əmlakına və sağlamlığına zərərin vurulması
Sığorta hadisəsi zamanı üçüncü şəxslərin əmlakına və sağlamlığına vurulan və sığortaçı tərəfindən əvəzi ödənilən zərərə, aşağıdakılardır;
- ölüm və ya bədən xəsarəti
- əmlakın zədələnməsi və ya məhv olması
- zərərin ödənilməsi barədə işlər üzrə məhkəmə xərcləri.
Daha ətraflı məlumat almaq üçün şirkətimizin əməkdaşlarına müraciət etməyiniz xahiş olunur.
