İcbari ekoloji sığortası
Bu sığorta növü Azərbaycan Respublikası İcbari Ekoloji Sığorta Haqqında Qanunla müəyyənləşdirilir.Bu qanun ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı əhalinin həyatına və sağlamlığına, əmlaka və ətraf mühitə vurulan zərərə görə mülki məsuliyyətin icbari sığortalanması şərtlərini və qaydalarını müəyyən edir, hüquqi və fiziki şəxslərin, habelə dövlətin və bələdiyyələrin əmlak mənafelərinin qorunmasına təminat verir.
Ekoloji sığorta fəaliyyəti təhlükəli mənbəyi olan və mülki məsuliyyəti sığortalanan müəssisənin və ya fərdi sahibkarın (müəssisə) obyektində baş verən qəza və (və ya) texnogen fəlakət (qəza) nəticəsində əhaliyə, əmlaka və ətraf mühitə vurulan zərərin ödənilməsi üçün təminat sisteminin yaradılmasına yönəldilən, qanuna görə həyata keçirilən sığortaçıların və sığorta bazarının digər iştirakçılarının fəaliyyətidir.
Ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı insanların həyatına və sağlamlığına, üçüncü şəxslərin əmlakına, habelə ətraf mühitə vurduğu zərərə görə təhlükəli mənbəyi olan müəssisələrin mülki məsuliyyəti ilə bağlı əmlak mənafeləri ekoloji sığorta obyektidir.
Daha ətraflı məlumat almaq üçün şirkətimizin əməkdaşlarına müraciət etməyiniz xahiş olunur.
