Sərnişinlərin icbari sığortası
“Bakı Sığorta” ASC əhalinin sosial müdafiəsinə əlavə təminat olaraq sərnişinlərin icbari sığortasını təklif edir: Sığorta etdirən-mülkiyyətində və ya digər qanuni əsaslara istifadəsində nəqliyyat vasitələri olan və sərnişin daşımaları üzrə fəaliyyət göstərən yerli və xarici hüquqi və fiziki şəxslərdir
Bu sığorta növü aşağıda göstərilən risklərə təminat verir:
-hava, dəmiryolu, dəniz və avtomobil (avtobus ilə şəhərlərarası daşımalar) nəqliyyatı vasitələrindən istifadə etdikdə dəyən zərərlər
-dayanacaqda olduğu dövrdə aeroportların, dəmiryolu vağzallarının, stansiyalarının, platformalarının, dəniz vağzallarının, körpülərinin, avtobus vağzallarının ərazisində nəqliyyat vasitəsinin istismarı zamanı baş verən fərdi qəza nəticəsində sərnişinin həyatına, yaxud səhhətinə dəyən zərərlər
Sığorta ödənişi sığorta məbləğindən aşağıdakı göstərilən faizlərlə verilir:
- ölüm 100 faiz;
- I qrup əlillik- 80 faiz;
- II qrup əlillik- 60 faiz;
- III qrup əlillik- 40 faiz;
- ağır xəsarət- 25 faiz;
- yüngül xəsarət- 5 faiz
Daha ətraflı məlumat almaq üçün şirkətimizin əməkdaşlarına müraciət etməyiniz xahiş olunur.
