"Bakı Sığorta" şirkəti nizamnamə kapitalını iki dəfə artırmaq niyyətindədir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, bu şirkətin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydiyyata alınıb.
4,38 milyon manat həcmində 8584 səhmin hər birinin nominal qiyməti 510 manatdır və səhmlərin nominalının artırılması hesabına ödəniləcək. Əvvəllər səhmin biri 233 manat idi.
Emissiya prospektinə əsasən, yerləşdirmə Bakı Fond Birjasında açıq abunə yolu ilə olacaq.
Qeyd edək ki, şirkətin ödənilmiş nizamnamə fondu 2 milyon 100 min manatdır. Sığorta şirkətin baş təsisçisi «Bank Respublika» ASC-dir (51%). Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə fəaliyyət göstərir.
http://www.anspress.com/index.php?a=2&lng=az&nid=40119